Məktəbdə Fizika üzrə fənn aylığı keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq yanvar ayında fizika fənni üzrə “Açıq dərs”lər təşkil olunmuşdur.Fizika müəllimləri öz pedaqoji təcrübələrini digər həmkarları ilə bölüşdülər. Onlar dərslərini günün tələbinə uyğun quraraq müasir, tələblərə cavab verən dərslər təşkil etdilər. Xüsusən də 6b sinfində Əsədovanın dərsi yadda qalan oldu. Yeni təlim texnologiyalardan və İKT-dən istifadə olunan dərslərdə məktəbin direktoru,direktor müavinləri,təlimçilər və digər qabaqcıl fənn müəllimləri iştirak etdilər. Keçirilən dərslərdə şagirdlərin fəallığı fizika fənninə olan marağın yüksək olduğu hiss olundu.Hər bir fənn müəllimin nümunəvi açıq dərsi müzakirə olunaraq təhlil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi