Şagird nailiyyətlərinin qiymətləndirilməsi

2016-2017-ci tədris ilinin I yarımilinin yekunlaşdırılması üçün yanvar ayının 23-dən başlayaraq Bakı şəhəri 35 №-li tam orta məktəbdə I-IX siniflərdə və X-XI siniflərdə monitorinqə start verildi.Keçirilən monitorinqdə şagirdlərin əldə etdikləri bilik və bacarıqları müəyyənləşdirmək məqsədi ilə məktəbin rəhbərliyi birbaşa nəzarət edirdi.Şagirdlərə verilən tapşırıqlar açıq və qapalı tipli suallar əsasında təşkil olunmuşdu.I-IX siniflərdə aparılan Boyük Summativ Qiymətləndirmədə şagirdlər öz bacarıq və qabiliyyətlərini onlara verilən yazı işləri, esse,testlər, açıq və qapalı suallar şəklində nümayiş etdirdilər. X-XI siniflərdə isə tədris ilinin yarımili başa çatdığından təmayül siniflərdə ayrı-ayrı fənlər üzrə yazı işləri aparıldı.