Psixi Sağlamlıq Günü

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır.
Məktəbin psixoloqu K. Hüseynovanın təşkilatçılığı ilə tədbir təşkil olundu, şagirdlər maarifləndirildilər, onları maraqlandıran suallar cavablandırıldı, videoçarx nümayiş olundu. Tədbirdə məktəbin uşaqlarla dərsdən kənar və sinifdən xaric işi üzrə təşkilatçı A. Vəliyeva, UBRT T. Məhərrəmova, məktəbin həkimi S. Ələkbərova da çıxış etdilər.