Şiddətə yox! Zorakılığa son !

Uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur. Dövrümüzdə daha çox rast gəlinən məişət zorakılığıdır. Bu da bir çox səbəblərdən qaynaqlanır. Lakın heç bir səbəb şiddətin göstərilməsinə, uşaqların hüquqlarına əngəl olmasına əsas gətirmir. Ümumiyyətlə, uşaq hüquqlarını pozan bütün hallar zorakılıq kimi qiymətləndirilir.
Məktəbdə “ Şiddətə yox! Zorakılığa son! “ mövzusunda uşaqlarla məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı A.Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə maarifləndirici seminar keçirildi. Tədbirdə videoçarxlar nümayiş olundu, mövzu ilə bağlı şagirdlər maarifləndirildilər. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.