Dünyamıza sülh gərəkdir!

Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir. Bütün müharibələr sülh ilə sona çatıb. Sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.
Məktəbin şagirləri Sülh gününü qeyd etdilər. Müxtəlif rəsmlər çəkərək bugünün önəmini rəngli boyalarla rəsmlərə köçürdülər. Tədbirdə məktəbin direktoru R. Naibova iştirak etdi, şagirdlərin çəkdikləri rəsmlərlə yaxından tanış oldu. Tədbir məktəbin uşaqlarla dərsdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı A. Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynova tərəfindən təşkil olunmuşdu.