Anım Gününə həsr olunmuş"Açıq dərs"

27 sentyabr Anım Günü ilə bağlı 7b sinfində məktəbin tarix müəllimi
T. Həsənova tərəfindən açıq dərs təşkil olundu. Dərsdə Vətən müharibəsi Şəhidlərinin xatirəsi dərin ehtiramla yad edildi.
Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı, şərəfli zəfəri və şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumatlar verildi.
Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər.
Şagirdlər Zəfər günü ilə bağlı ətraflı və maraqlı təqdimatlarla çıxış etdilər. Məktəbimizin məzun şəhidlərinin əbədiyaşar xatirələri böyük məhəbbət və qürurla yad edildi