27 Sentyabr Anım Günü ilə bağlı inşa müsabiqəsi

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə 07.09.2021-ci il tarixli F-429 nömrəli Əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndinə əsaslanaraq Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə 28.09.2023-cü il tarixdə 8-11-ci sinif şagirdləri arasında “Zəfər yolu” mövzusunda inşa müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərimizə 27 Sentyabr tarixinin xalqımızın həyatındakı rolu və əhəmiyyətini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanmış 44 günlük müharibədə millətimizin bir yumruq altında birləşərək qələbələrə imza atmasını, torpaqlarımızın birliyinə nail olmasını xatırlatmaq və canını Vətən yolunda fəda etmiş şəhidlərimizin xatirəsini yad etməkdir.