Məktəbimizdə “Ekoloji aylıqlar” layihəsinə start verildi

Məktəbdə “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi başlamışdır. Layihədə yanvar ayı - "Ekologiya və iqtisadiyyat" adlanır. Bununla əlaqədar məktəbin IX sinif şagirdləri "Yer kürəsi bütün canlı aləmin evidir" devizi altında tədbir keçirdi. Uşaqlar təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin qarşılıqlı iştirakı olmadan qeyri-mümkünlüyündən danışdılar. Tədbirdə çıxışlar zamanı qeyd olundu ki, üstündə yaşadığımız, havasını udduğumuz, suyunu içdiyimiz, təbii sərvətlərini təsəvvürə gəlməyəcək dərəcədə talan edib, viranəliyə çevirdiyimiz Yer kürəsi bütün canlı aləmin evidir, sığınacağıdır, onun sərvətlərindən səmərəli, düşünülmüş istifadə etməlisiniz. Təbiət şıltaqdır, amma onunla şıltaqlıq etməyi sevmir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi