27 Sentyabr -Anım Günü

    Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir. Məktəbdə də bugün xüsusi olaraq qeyd olundu.Məktəbin direktoru R. Naibova çıxış edərək şagirdlərə bugünün əhəmiyyətini bir daha xatırlatdı. Şagirdlər müxtəlif şeirlər səsləndirdilər, şəhidlərimiz haqqında çıxışlar etdilər.Tədbir məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric  tərbiyə işi üzrə təşkilatçı A. Vəliyeva, UBTR T. Məhərrəmova, psixoloq K. Hüseynova tərəfindən təşkil olundu. Tədbirdə həmçinin müəllimlər, valideynlər də iştirak etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi