Şəhidlər xiyabanına ziyarət
Elə insanlar var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olur. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir. Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Rəşad Mahmudov, Yaşar Babayev, İlqar Zeynalllı, Vüqar Sadıqov, Elşad Məmmədov, Elçin Mustafazadə, Xəyyam Daşdəmirov və məktəbin şəhid məzunu Elman Babaxanov ….məhz bir anda vətənin azadlığı uğrunda mübarizədə xalqının, millətinin dilləri əzbəri oldular.
Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı A. Vəliyeva və UBTR T. Məhərrəmova şagirdlərlə birlikdə Şəhidlər Xiyabanını ziyarətə getmişlər. Şəhidlərin məzarını ziyarət edib, gül dəstləri qoyub, dərin ehtiramla yad etmişlər.