Qənimətlər parkına ekskursiya

Vətən müharibəsi bitdikdən bir müddət sonra -10 dekabr tarixində keçirilən hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirilmişdi. Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir.
Məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar işi üzrə təşkilatçı müavin A. Vəliyevanın təşkilatçılığı ilə , müəllimlər G.Novruzova və M. Hüseynova şagirdlərlə birlikdə Qənimətlər parkına ekskursiya etmişlər.