Anım Günü rəsm müsabiqəsi

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu günün xatirəsi üçün məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı A. Vəliyevanın təşkilatçılığı ilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlər öz fikirlərini müxtəlif rəsmlərdə canlandırmışlar.