Məktəbdə özümü necə aparmalıyam

Məlumdur ki, I-IV sinif şagirdləri hələ çox kiçikdirlər. Onlardan çox şey tələb etmək mümkün deyil. I sinifə yenicə qəbul olunmuş uşaq məktəblə, onun xüsusiyyətləri ilə və yoldaşları ilə tanış olur. Onlar çox vaxt darıxır, evə getməyə tələsirlər. Getdikcə məktəbə alışan uşaqlar daxili nizam-intizam qaydalarını öyrənir və ona əməl edirlər.
Məktəbin UBTR T.Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə “ Məktəbdə özümü necə aparmalıyam ” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə I-IV sinif şagirdləri və sinif rəhbərləri iştirak etdilər.