METODİKİ ŞURANIN İCLASI

 2023/2024-cü tədris ilində Pedaqoji Şuranın qərarı ilə təyin olunmuş metodbirləşmə rəhbərlərinin iştirakı ilə Metodiki Şuranın ilk iclası keçirildi. İclasda yeni dərs ilində qarşıda duran vəzifələr, tədrisin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəbin fəaliyyətində işgüzarlığın artırılması, yaradıcı mühitin təmin olunması və sistemli işin aparılması üçün Metodiki Şuranın sədri 
A. K. Sofuyev metodbirləşmə rəhbərlərinə öz tapşırıqlarını verdi. Eyni zamanda tədrisin keyfiyyətinin artırılması məqsədi ilə açıq dərslərin təşkili, qarşılıqlı dərsdinləmələrin həyata keçirilməsi, onların təhlilinin vacibliyi bildirildi və qarşıda duran məsələlər, onların həlli yolları, diaqnostik qiymətləndirmə vasitələri haqqında müzakirələr aparıldı.
 Sonda qeyd edildi ki, cari tədris ilində şagird nailiyyətlərini yüksəltmək üçün daha da səylə çalışmalıyıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi