Pedoqoji şura

Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasın gündəliyi pedaqoji kollektivə elan olundu.  2023/2024-cü tədris ilinin yekunları, IX, XI siniflərin buraxılış imtahanlarının nəticələri, V siniflərin dördüncü siniflərdəki monitorinq nəticələri təhlil olundu. Yeni tədris ilində qarşıda duran əsas hədəflər haqqında,  Metodiki Şura və fənn metodbirləşmələrinin təyin olunması, 2023/2024-cü tədris ilində müəllimlərin dərs saatlarının və rəhbər heyət arasında vəzifə bölgülərinin təsdiqi, sinif rəhbərlərinin təyin olunmaları, məktəbin Fəaliyyət planı və vəzifəlilərin iş planları haqqında məktəbin direktoru R. Ə. Naibova və təlim-tərbiyə işləri üzrə direktor müavini A. K. Sofuyevin məruzələri dinlənildi.  İclasın sonunda müəllimləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi