Pedaqoji şura keçirildi

Məktəbin Fəaliyyət Planına uyğun olaraq tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru R. Ə. Naibova açaraq tədris ilinin yekunu, məktəbdə görülən işlər barədə danışaraq gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış etdi.
İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işlər üzrə direktor müavini, metodbirləşmə rəhbərləri, kitabxana müdiri, UBR və məktəb psixoloqu tərəfindən hazırlanmış hesabatlar dinlənildi. Yeni tədris ilinə dair təkliflər verildi, qarşıda duran məsələlər və hədəflər müzakirə edildi.