Son zeng

Məktəb dövrünün sonu-Yeni bir dövrün mübarizələrlə, həyat eşqi ilə dolu bir yolun başlandığı gün…bu gün həm məzunlarımız və müəllimlərimiz , həm də valideynlərimiz üçün həyat səhifəsinə pozulmaz xətlə yazılan şərəf və məsuliyyətin başlanan günüdür. Bu günü məktəbimiz uğurla qeyd etdi. Qürur hissimiz olan bayrağımızın zala gəlişi , Azərbaycan himninin sədaları bizə tarixi qələbəmizin qürurunu bir daha yaşatdı.
Məktəbin direktoru Rəna xanım Naibova məzunlarımızı təbrik etdi, onlara uğurlar arzulayaraq bildirdiki belə bir vətənin vətəndaşı olmaq , Azərbaycan Respublikası Prezidentinin gənclərə qayğısını yaşamaq onların ən böyük məsuliyyəti və uğurudur. Sonra söz İcra nümayəndəsi Z. Xəlilova verildi. Xəlilov məzunlarımızı təbrik etdi və uğurlar arzuladı. Son zəngin insanı kövrəldən sədaları gələcəyimizin qurucularını müstəqil həyata uğurladı.