QİÇS haqqında nə bilirik?

:Onun müxtəlif adları var. Biz onu «SPİD» "QİÇS" (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) kimi tanıyırıq. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir. Yəni Acquid Immune Deficiency Syndrom.İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi "İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyası" termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox narahat etməlidir.İlk vaxtlar belə hesab edirdilər ki, QİÇS xəstəliyinə əsasən qeyri-normal cinsi həyat tərzi keçirənlər tutulurlar. Lakin sonra bu xəstəliklər narkomanlarda, hətta uşaqlarda da aşkar edildi. Odur ki, bu sağalmaz bəlanın səbəblərini araşdırmaq aktual problemə çevrildi. Müəyyən edildi ki, QİÇS sağlam adama virusla yoluxur və ya xəstədən üç yolla keçə bilər: 1) cinsi əlaqə zamanı, 2) qan və ya onun preparatları ilə, 3) hamilə qadının qanı ilə uşağa.QİÇS törədicisinin müxtəlif konsentrasiyalarda orqanizmin bütün mayelərində tapılmışdır. Lakin xəstəliyin bunlardan hansı ilə yoluxması məsələsi — mübahisəlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi