Məktəbdə riyaziyyat üzrə fənn aylığı keçirildi

Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə riyaziyyat fənn aylığı keçirildi. Riyaziyyat fənnini şagirdlərə daha yaxşı sevdirmək, tədrisin keyfiyyətini yüksəltmək riyazi biliklərin əldə edilməsinə nail olmaq üçün riyaziyyat müəllimləri açıq dərslər keçirdilər. Dərslər müasir tələblərə uyğun – kurikulum üsuluna əsasən təşkil edildi. Dərsləri məktəbin direktoru Rəna Naibova, direktor müavini Azad Sofuyev, kurikulum üzrə təlimçilər S.Məmmədova, P.Talıbova və fənn müəllimləri böyük maraqla dinlədilər. Riyaziyyat müəllimləri öz təcrübələrini həmkarları ilə bölüşdülər. Açıq dərslər həmin siniflərdə təhsil alan şagirdlərin fəallığı ilə yadda qaldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi