Məktəbdə informatika üzrə fənn aylığı keçirildi

Bakı şəhəri 35 №-li tam orta məktəbdə dekabr ayında məktəbin illik fəaliyyət planına uyğun olaraq, informatika fənnindən açiq dərs keçirildi. Müəyyən qənaətə gəlmək üçün müasir dərsin tələblərinə uyğun olaraq innovativ üsullardan istifadə edilmişdir. Verilən sxemlər,diaqramlar və animativ üsullardan istifadə edilərək şagirdlərin yaddaşında düzgün mülahizə irəli sürmək vərdişi aşılanırdı.Təqdim olunan sxemlər düşündürücü və maraqlı olduğu üçün şagirdlər hədsiz həvəs və maraqla verilən sualların həllinə çalışırdılar.Dərsdə daha çox maraq yaradan üsullardan biri və birincisi elektron lövhədən,elektron lupadan,sehrli şlyapadan,yaddaş kartından, açar sözlərdən,dərslik və səhnəciklərdən istifadə etmək olmuşdur. İnteraktiv üsul və vasitələrdən istifadə şagirdlərdə dərsə marağı daha da artırmış,verilən tapşırıq və sualları yerinə yetirməyə daha çox həvəs göstərmişlər. Bu, həmdə şagirdlərin fəallığının artmasına səbəb olmuşdur.Dərsləri məktəbin direktoru Rəna Naibova,direktor müavini Azad Sofuyev, kurikulum üzrə təlimçilər S.Məmmədova, P.Talıbova və fənn müəllimləri böyük maraqla dinlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi