Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. “1 İyun Uşaqların Müdafiəsi Günü” ilə bağlı məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı A. Vəliyeva,UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə məktəbdə tədbir təşkil olundu. Tədbirdə məktəbin direktoru R. Naibova çıxış edərək şagirdləri təbrik etdi.