Muzeylərə ekskursiya

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Şurası tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuşdur.gün hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunmuşdur.
Məktəbin müəllimi R. Şirinova və VIII sinif şagirdləri Muzeylər Günü ilə əlaqədar olaraq Muzey mərkəzlərində olan “Cəfər Cabbarlının ev muzeyinə” , “ İstiqlal muzeyinə “, “ Musiqi mədəniyyəti dövlət muzeyinə “ ekskursiya etmişlər. Muzeydə olan eksponatlarla tanış olmuşlar.