"Universitet - məktəb əməkdaşlığında müəllim hazırlığının rolu" adlı konfrans

Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100- illik yubileyinə həsr olunmuş "Üniversitet məktəb əməkdaşlığında müəllim hazırlığının rolu" adlı konfrans keçirildi.
Konfransda Azərbaycan Dillər Universitetinin professor, müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin üzvləri, digər məktəblərin ingilis dili müəllimləri, məktəbin müəllimləri,valideyn və şagirdləri iştirak edirdi.
Məktəbin direktoru Rəna Naibova ingilis dili müəllimlərinin uğurları,keçdikləri təlim,seminar ,qalib olduqları layihələr,ADU -nun 20- ildən artıq məktəblə sıx əməkdaşlığı haqqında məlumat verdi.
Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova məktəb Universitet əməkdaşlığının davamlı olacağını çox yüksək qarşıladı , həm məktəb həm də Universitet müəllimlərinə yeni yeni uğurlar dilədi.
Bölmələrə rəhbərlik məktəbin ingilis dili müəllimləri və Azərbaycan Dillər Universitet müəllimləri tərəfindən edilirdi.Çox maraqlı mövzularla təcrübəçi tələbələrin təqdimatları və məktəb şagirdlərinin çıxışları oldu.
Moderator müəllimlərə,təqdimatçı tələbələrə və məktəb şagirdlərinə sertifikatlar təqdim olundu.