III sinifdə monitorinq

17 may 2023-cü il tarixində BŞTİ tərəfindən III siniflərdə monitorinq təşkil olundu. Monitorinqdə tədris dili, riyaziyyat və ingilis dili fənləri əhatə olunmuşdu. Məqsəd III siniflərdə həmin fənlərdən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluğunu müəyyən etmək, öyrənmə və öyrətmənin keyfiyyətinin artırılmasına diqqət yönəltməkdir.
Tədris dili və ingilis dili fənlərindən dinləmə materialı olduğundan monitorinq zamanı şagirdlərə zəruri şərait yaradıldı. Təşkil olunmuş monitorinq təlimata uyğun keçirildi və bütün şagirdlər monitorinqə cəlb olundular