Azərbaycan təhsil sistemi üçün uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi

ARTİ-nin Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə birlikdə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində Bakı şəhəri üzrə 25 ümumtəhsil müəssisəsində uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq olunmağa başlanıb.
Yaradılan mexanizmin və onun əsas prinsiplərinin mənimsədilməsi, buradan irəli gələn vəzifə və öhdəliklərin, həmçinin uşaqların təhlükəyə məruz qaldıqları hallarda atılmalı olan lazımi addımların öyrədilməsi məqsədilə hədəf qruplar üçün maarifləndirici tədbirlər təşkil edilib.Layihə çərçivəsində Unicefin əməkdaşı S. Balayeva sinif rəhbərləri ilə görüş keçirdi, maarifləndirici məlumatlar verdi, onları maraqlandıran suallar cavablandırıldı. Tədbirdə həmçinin UMT -nin üzvləri də iştirak etdilər .