Hər şey övladımız üçün

 Ailənin qurulması bir uşaq üçün son dərəcə vacibdir. Bir uşaq üçün ailə əsas yaşayış mühiti, inkişafı və psixoloji formalaşmasıdır. Uşaq ailədə erkən uşaqlıq dövründə dünyanı öyrənməyi öyrənir, idrakın əsas mexanizmlərini, insanlar arasındakı münasibətlərin əsasını dərk edir. İnsan tərbiyəsində və onun formalaşmasında yaşadığı mühitin, insanların və müxtəlif cür danılmaz amillərin təsiri vardır, hansı ki, bu amillərdən ən böyüyü onun valideynləridir. Valideyn övladının formalaşmasında çox böyük rol oynayır. 

  Məktəbdə “ Hər şey övladımız üçün” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə valideynlərin maariflənməsi üçün müxtəlif videoçarxlar, slaydlar nümayiş olundu. Məktəbin direktoru R. Naibova, məktəbdənkənar və simifdənxaric tərbiyə işi üzrə təşkilatçı A.Vəliyeva, Təlim-tərbiyə işi üzrə direktor müavini A.Sofuyev, UBR T. Məhərrəmova, psixoloq K. Hüseynova valideynlərlə mövzu ilə bağlı söhbət apardılar, onları maraqlandıran suallar cavablandırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi