İngilis dilində danişanlar klubu “ Step by Step”

35№-tam orta məktəbdə məktəbin xarici dil fənn metodbirləşmə sədrinin təşəbbüsü ilə “Step by Step “ “Addim addım “adlı ingilis dilində danışanlar klubu fəaliyyət göstərir.“English club-Step by Step” hər şənbə günləri ingilis dili müəllimləri tərəfindən keçirilir.Klubun bir günlük gördüyü işlə maraqlandıq.Məktəbin 2,3,4,5,6-cı sinif şagirdlərinin toplandığı ingilis dili kabinetində çox maraqlı ingilis dilində söhbət gedirdi.Şagirdlər qrup-qrup toplaşaraq dialoq qurur, 3-cü sinif şagirdləri öyrəndikləri mahnıları təkrar edir, 5-6-cı sinif şagirdləri ölkələr haqqında topladıqları məlumatları bir-birlərinə təqdim edirdilər.Çox təəccüblü idi ,işgüzar səs küy heç kimə mane olmurdu.Sədaqət müəllimə hər bir qrupa yaxınlaşaraq öz məsləhətini verirdi.Daha sonra qrup üzvlərinin həvəslə ingilis dilində oxuduqları mahnılar hər tərəfə yayıldı.Klubun bir günlük işi hazırladıqları səhnəciklə başa çatdı.Bir saat davam edən klub üzvlərini valideyinləri gözləyirdi .Onların fikirlər çox müsbət və təqdirə layiq idi. Məktəbdə belə bir klubun təşkil olunmasında məktəbin direktoru Rəna xanım Naibovaya və ingilis dili müəllimi Sədaqət Məmmədova öz təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi