Ümumtəhsil Məktəblərində İngilis dilində Danışıq Klubunun Yaradılması layihəsi

Bakı şəhəri 35№-li tam orta məktəbdə BŞTİ-nin xarici dillər istiqamətində həyata keçirilən,”Ümumtəhsil məktəblərində ingilis dilində danışıq klublarının yaradılması”layihəsinə start verildi.Məktəbə 12 inzibati rayon üzrə pilot məktəblərin müvafiq ingilis dili müəllimləri cəlb olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerika səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlər Amerika Səfirliyinin əməkdaşı dil daşıyıcısı Mary Boehmer tərəfindən həftədə bir dəfə olmaqla keçirilməsi nəzərdə tutulub.Məktəbin direktoru Rəna xanım Naibova Mary Boehmeri, Kevin adlı dil mütəxəssisini və məktəbə gəlmiş ingilis dili müəllimlərinə xoş gəlmisən dedi , işlərində müvəffəqiyyətlər və uğurlar arzuladı.Təlim zamanı danışıq klublarının ümumtəhsil məktəblərində təsis olunması,klub proqramının hazırlanması , yaş qruplarına uyğun fəaliyyətlərin təşkili ,şagirdlərin kluba cəlb edilməsi metodları kimi danışıq klubunun yaradılması və idarə edilməsi ilə bağlı fundamental məlumatlar təlimə cəlb olunmuş təlimçi-müəllimlərə çatdırıldı və bu sahədə beynəlxalq Amerika təcrübəsinin öyrənilib tətbiq edilməsi ətrafında səmərəli fikir mübadilələri aparıldı.Təlim müəllimləri maraqlandıran suallar, cavablar, müzakirələrlə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi