Yeni Azərbaycan Partiya təşkilatının iclası

Yeni Azərbaycan Partuyasının İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır.”Məktəbin Yeni Azərbaycan Partiyasının sədri Sədaqət Məmmədova iclasının gündəliyində duran məsələlərlə YAP üzvlərini tanış etdi.Yeni Azərbaycan Partiyasının üzvlərinin partiyanın yarandığı gündən sayının əhəmiyyətli dərəcədə artmasından, mühüm inkişaf yolu keçməsindən,əzimlə hər işdə hər zaman çalışmasından, öz sıralarını daha da genişləndiriməsindən danışdı.Gənc nəslin maarifləndirilməsində,intelektual bacarıqların artmasında, sağlam yetişməsində , dövlətçilik ideyalalarına sadiqlik və hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə rayonun və respublikanın ictimai-siyasi və sosial mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilməsi qeyd olundu.Yeni Azərbaycan Partiyası sədr müavıni Yasəmən Bayramova ümumxalq partiya olan YAP-ın üzvlərinin , ümummilli lider H.Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı namınə müəyyən etdiyi proqramların həyata keçirilməsində hər zaman onun ən yaxın köməkçiləri olmuş və hal-hazırda da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirilməsini öz çıxışında nəzərə çatdırdı.YAP sədri S.Məmmədovanın Yeni Azərbaycan Partiyası sıralarına üzv olmaq istəyən , məktəbin 4 nəfər gənc nəslin nümayəndələrindən T.Əkbərovanı,T.Bayramovanı,G.Hüseynovanı,S.Həsənovanı Yeni Azərbaycan Partiyasının, Azərbaycan gənclərinin təmsilçiləri və nümayəndələri olmaqları münasibəti ilə təbrik etdi.Yeni Azərbaycan Partiyasının 10-cu konfransına ,Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən nümayəndələr seçildi.İclasda iştirak edən YAP üzvlərinə məktəbin uşaq birliyinin rəhbəri T.Əkbərovanın Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər hazırladığı video çarx nümayiş etdirildi.İçlasda son söz olaraq Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən olan məktəbin direktoru Rəna Naibova Yeni Azərbaycan Partiyasının üzvü olmağından qürur duyduğunu,Azərbaycan dövlətinin , cəmiyyətinin kifayət qədər güclü dayaqlara söykənən və parlaq gələcəyinə fundamental zəmin yaranmasına inamından danışdı və uğurlar arzuladı.