Muzeylərə ekskursiya

Şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif yerlərə ekskursiyaları təşkil olunur.Məktəbimizin 2A, 2B və 3A sinif şagirdlərinin açıq səma altında olan "Qala Arxeoloji Etnoqrafik muzeyi"nə və "Atəşgah məbədi"nə gəzintiləri təşkil olundu.Şagirdlər "Qala Arxeoloji Etnoqrafik muzeyi"ndə nümayiş olunan 2- ci, 3- cü minilliklərə aid bütlərlə, kurqanlarla,arxeoloji abidələrlə,həmin dövrlərə aid yaşayış məskənlərinin konservasiya olunmuş qalıqları ilə, həmçinin dəmirçilik, dulusçuluq , xalçaçılıq sənətinin nümunələri ilə tanış oldular.Həmin qoruğun ərazisində olan "Əntiq Əşyalar muzeyi" və " Tullantıdan sənətə" muzeyində oldular.Orada nümayiş olunan yüzlərlə eksponat haqqında məlumat əldə etdilər. "Atəşgah məbədi" nin yaranması haqqında, zərdüştlərin adət- ənənələri haqqında bələdçinin verdiyi məlumatlar uşaqların marağına səbəb oldu.