Uğur qazanmağın yolları

İnsanlar həyatda daim uğur axtarışındadır. Uğuru əldə etməyin yolları isə müxtəlif olduğu qədər əlçatmazdır. Lakin müəyyən xarakterli insanlar var ki, öz vərdişləri ilə uğur əldə etməyə nail ola bilirlər. Həmin vərdişlərə yiyələnməyə çalışanlar şübhəsiz ki, müəyyən uğurlara sahib çıxa bilirlər.
Məktəbin psixoloqu K. Hüseynovanın təşkilatçılığı ilə “ Uğur qazanmağın yolları” adlı motivəedici seminar təşkil olundu. Seminarda şagirdlərə məsləhətlər verildi, videoçarx nümayiş olundu. Seminarda məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı A. Vəliyeva, UBR T. Məhərrəmova,məktəbin müəllimləri çıxış etdilər.