Məktəbdə Mülki Müdafiə günü

Məktəblərdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim də keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.Məktəbin hərbi müəllimi N. Qurbanov mövzu ilə əlaqədar şagirdlərə məlumat verdi.