Məktəbdə xarici dil üzrə fənn ayliğı keçirildi

Bakı şəhəri 35№-li tam orta məktəbdə dekabr ayında məktəbin illik fəaliyyət planına uyğun olaraq xarici dil fənn aylığı keçirildi.Xarici dil (ingilis və rus dili) müəllimləri açıq dərslər verdilər.Açıq dərs – müəllim tərəfindən təlim-tərbiyənin keyfiyyətcə yüksəldilməsinə ,yeniliklərin tətbiq edilməsinə , yönəlmiş dərs nümunəsinin təqdim edilməsidir.Məktəbdə keçirilən açıq dərslər öz xüsusiyyətlərindən , sinfin hazırlıq səviyyəsindən, texniki və əyani vasitələrdən istifadə ilə seçilirdi.Müəllimlərin mövzunu dəqiq seçməsi, mövzuların maraqlı olması,siniflərlə əvvəlcədən iş aparması, şagirdlərin hər birinin bilik, bacarıq və qabiliyyətlərinə bələd olması , fənn müəllimlərinin öz işlərinin düzgün qurmasından xəbər verirdi.Açıq dərslərdə İKT-dən istifadə , mövzunu tədris edərkən öncə fənn kurikulumunun strukturundakı ardıcıllığa uyğun olaraq dərsə başlamaları, problemi şagirdlərin özləri tərəfindən həll edilməsi,dərsin bütün mərhələlərində şagirdlərin təlim-idrak fəaliyyətinin və bunun üçün şəraitin yaradılması tələblərinin ardıcıllıqla yerinə yetirilməsi mühüm yer tuturdu.Keçirilən açıq dərslərin müzakirəsi məktəbin direktoru Rəna xanım Naibova , direktor müavini A.Sofuyev,məktəbin ingilis dili müəllimləri, kurikulum üzrə təlimçilər S.Məmmədova,P.Talıbova, fənn müəllimləri tərəfindən təhlil olundu, məsləhətlər verildi.Açıq dərslərin keçirilməsi tədrisin keyfiyyətini ,müəllimlərin məsuliyyətini və yaradıcılıq səyini artırmaqla yanaşı , həm də açıq dərsin elmi-metodik səmərəsini yüksəldir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi