Şagirdlərin ixtisas seçiminə düzgün istiqamətləndirilməsi məqsədilə valideynlərlə işin təşkili

Hər bir abituriyent oxumağa illərini sərf etdiyi prosesin sonunda öz arzuladığı ixtisasa sahib olmaq istəyir. Əksər hallarda valideynlər bu prosesə müdaxilə edir, buna imkan vermir. Onlar öz istədikləri ixtisası seçib övladlarını həmin peşənin, ixtisasın sahibi kimi görmək istəyirlər. Məktəbin psixoloqu K. Hüseynova valideynlərlə şagirdlərin ixtisas seçimi barədə söhbət apardı, onları maraqlandıran suallar cavablandırıldı.