Gənc müəllimlərlə seminar

Müasir cəmiyyətdə müəllim müxtəlif funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl müəllim məktəbdə təlim və tərbiyə prosesini həyata keçirir, şagirdləri yeni-yeni biliklərlə silahlandırır. Müəllim şagirdlərlə qaynayıb-qarışmalı, onları sevməli, onların bütün coşqun fəaliyyətinin mərkəzində durmalı və onları düzgün istiqamətləndirməlidir. Müasir müəllim psixologiya elmini, xüsusilə ümumi, yaş və pedaqoji, sosial psixologiyanı mükəmməl bilməlidir.
Məktəbin psixoloqu K. Hüseynova gənc müəllimlərlə dəyirmi masa təşkil etdi. Pedaqoji bacarıqların inkişaf etdirilməsi,özünəinamın artırılması, yaradıcı işə meylin gücləndirilməsi istiqamətində söhbət apardı.