“Dəyərlərimizi qoruyaq “ açıq dərs

Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Novruz bayramı Xalqımızın saysız-hesabsız milli-mənəvi dəyərləri var və biz bunlarla tarix boyu fəxr etmişik. Amma bütün bu adət-ənənələrin, milli-mənəvi dəyərlərin içərisində ən yüksəkdə duranı Novruz bayramıdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Məktəbin müəllimi G. Bağırovanın təşkilatçılığı ilə açıq dərs keçirildi. Şagirdlər milli dəyərlərimizi necə qorumalı olduğumuzu şeirlərdə, mahnılarda, rəqslərində nümayiş etdirdilər.