Peşə Təhsil Mərkəzinə ekskursiya

Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. Belə ki,ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir. Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı “ günü keçirildi. Məktəbin IX,X,XI sinif şagirdləri açıq qapıda iştirak etdilər.Şagirdlər müxtəlif peşələrlə tanış oldular.