İmtahan stressinin aradan qaldırılması

İmtahan stressi həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxarır. Bir çox şagirdin imtahanda uğur əldə edə bilməməsinin səbəbi öyrəndikləri biliklərin az olması deyil, hiss etdikləri imtahan qorxusudur. Stres və qorxu şagirdin imtahanda diqqətini toplamasına əngəl olur.
Məktəbin UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə “ İmtahan stressinin aradan qaldırılması ” mövzusunda dəyirmi masa təşkil olundu. Mövzu ilə əlaqədar videoçarx , slayd nümayiş olundu. Psixoloq şagirdlərə tövsiyyələrini verdi, onları maraqlandıran suallar cavablandırıldı.