Şeir müsabiqəsi

Gənc nəslin milli dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyyəsini yüksəltmək, istedadlı şagirdləri aşkara çıxartmaq məqsədilə 35 nömrəli tam orta məktəbin kitabxana müdiri Mənsurə Qasımovanın təşkilatçılığı ilə məktəbin şagirdləri arasında 07.03.2023-cü il tarixində şeir müsabiqəsi keçirildi.
Müsabiqədə şagirdlər şeirlərini səsləndirdikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndirmələr aparıldı. Nəticələrə uyğun olaraq bir-I yer, iki-II yer, üç-III yer olmaqla 9 qalib müəyyən edildi.
Sonda şeir müsabiqəsinin qalibləri məktəbin direktoru R.Ə.Naibova və məktəbin direktor müavini A.Sofuyev tərəfindən hədiyyələrlə mükafatlandırıldılar. Digər şagirdlərə isə həvəsləndirmək məqsədilə hədiyyələr təqdim olundu.