IX siniflərdə monitorinq keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsasən 06.03.2023 - cü il tarixində məktəbin IX siniflərində monitorinq-4 keçirildi.
Keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən amilləri aşkar edib tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinq tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirildi.
Tədris dili üzrə 4 açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10 açıq sual olmaqla 25, xarici dil fənni üzrə 4 açıq sual olmaqla 30 sual təqdim olundu. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi.
Hər bir şagird sual kitabçası ilə təmin olunaraq monitorinq otaqlarına qeyri-ixtisas fənn müəllimlərindən ibarət nəzarətçilər təyin olunmuşdur.
Monitorinqin keçirilməsinə ümumi nəzarəti məktəbin direktoru R. Ə. Naibova və təlim-tərbiyə işlər üzrə direktor müavini
A. K. Sofuyev yerinə yetirdilər