IX siniflərdə keçirilmiş monitorinq və valideynlərlə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hazırlamış olduğu proqrama və məktəbin illik tədris planına uyğun olaraq zəif oxuyan IX sinif şagirdlərinin potensialını yüksəltmək məqsədi ilə imtahan veriləcək Azərbaycan dili və riyaziyyat fənləri üçün əlavə cədvəl tərtib edilmişdir.Həmin cədvələ əsasən fənn müəllimləri nəticələrin artırılması istiqamətində şagirdlərlə əlavə məşğələlər təşkil edir,bilmədiklərini və zəif bildiklərini yenidən təkrarlayaraq öyrədirlər.Noyabr ayının əvvəlindən təşkil olunmuş əlavə dərslərin nəticələrini müəyyənləşdirmək üçün dekabrın 28-də 9-cu siniflər arasında məktəbdaxili monitorinq keçirildi. Keçirilən monitorinqin sualları fənn müəllimləri tərəfindən TQDK-nın 9-cu buraxılış siniflərdə imtahan qaydalarının prinsiplərinə uyğun şəkildə təşkil edilmişdir.IX siniflərin növbəti tədris ilində təhsillərinin hansı sahədə davam etdirəcəklərini müəyyənləşdirmələri ilə bağlı valideynlərlə görüş keçirildi.Görüşdə məktəbin direktoru Rəna Naibova IX sinif şagirdlərinin növbəti tədris ilində təhsillərini davam etdirərkən hansı təhsil sahələrini seçəcəyini diqqətdə saxlamağı,adi sinifdə,seçdiyi peşəyə uyğun lisey və məktəblərdə, kolleclərdə ya təmayül siniflərdə oxumaq istəklərini hər bir valideynin diqqətdə saxlamasını,daim məktəblə əlaqədə olmalarını tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi