Ceyhun Hacıbəylinin 125 illik yubiley tedbirləri

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri,yazıçı-publisist,tərcüməçi,naşir və ictimai xadimi Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə imzaladığı sərəncamına əsasən məktəbimizdə silsilə tədbirlər təşkil olunmuşdur.1. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həmayə Məhərrəmovanın təşkilatçılığı və 7b sinif şagirdlərinin iştirakı ilə ədəbiyyat kabinetinin qarşısında yazıçının keçdiyi həyat yoluna həsr olunmuş fotostend və sərgi təşkil olunmuşdur.2. Azərbaycan dili və ədəbiyyat müəllimi Ələmdar Mahmudovun təşkilatçılığı və 9a sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirilmişdir. Bu tədbirdə məktəbin müəllimləri də çox böyük maraqla iştirak etmişlər.Şagirdlər yazıçı-publisistin həyatı.yaradıcılığı,özünə yazılmış məktubları və gündəlikləri haqqında iştirakçılara ətraflı məlumat vermiş,verilən sualları cavablandırmışlar.İştirak edən müəllimlər də C.Hacıbəyli haqqında məlumata görə fikir bildirmişlər.3. Z.Qasımova və Z.Xəlilovanın təşkilatçılığı ilə C.Hacıbəylinin mühacir həyatı və göstərdiyi fəaliyyəti ilə əlaqəli seminar keçirilmişdir.Seminarda Z.Qasımova mühacirət ədəbiyyatı nümayəndələri haqqında məlumat vermiş, C.Hacıbəylinin yaşadığı mühacirət həyatı haqqında fikirlər söyləmişdir.Şagirdlər də C.Hacıbəylinin ictimaiyyətə məlum olmayan həyatı və yaradıcılığını iştirakçılara çatdırmışlar.