Azərbaycan dili və ədəbiyyatı aylığı

İllik fəaliyyət planına uyğun olaraq məktəbdə Azərbaycan dili və ədəbiyyatı aylığı keçirildi.Aylıq müddətində bütün Azərbaycan dili və ədəbiyyat müəllimlərini dərsləri dinlənildi,həm şagirdlərin fənnə münasibəti,həm də müəllimlərin dərsin etaplarından necə istifadə etmələri,yeni təlim kurikulumunun tələblərinə uyğun öyrədilməsi,şagirdlərin cütlüklərlə,qruplarla necə işləmələri, əməkdaşlıq qura bilmələri və əsas nəticəni dərs müddəti çıxarıb,verilən mövzunu mənimsəmələri diqqətdə saxlanıldı.Aylıq müddətində bütün ədəbiyyat müəllimlərinin açıq dərsləri təşkil edildi və keçirildi.Dərslərdə məktəbin direktoru R.Naibova,direktor müavini A.Sofuyev, təlimçilər P.Talıbova,S.Məmmədova və digər müəllimlər iştirak etdilər,dərsin sonunda hər bir dərsin müzakirəsi aparıldı,direktor və təlimçi müəllimlər dərslər haqqında fikirlərini bildirdilər,öz məsləhətlərini verdilər.Fənn aylığının keçirilməsində əsas məqsəd tədrisin vəziyyətinin öyrənilməsi və keyfiyyətinin yüksəldilməsi idi.Bu işlərin təşkilində və dərslərin keçirilməsində məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva yaxından iştirak etdi.