1 Mart Ümumdünya Mülki Müdafiə günüdür

Məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edildi. Məktəbin Mülki Müdafiə tədbirlər planına uyğun olaraq II, V və VI sinif şagirdlərinə Mülki Müdafiə haqqında geniş və ətraflı məlumat verildi.
Keçirilən tədbirdə şagirdlərlə birlikdə məktəbin direktoru, qərargah rəisi, hərbi rəhbər, sinif rəhbərləri və digər fənn müəllimlər də iştirak etdilər.
Mülki Müdafiənin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onlara baş verə biləcək təbii fəlakət yanğın, zəlzələ və qəza hadisələri zamanı düzgün təxliyə olunmalarını öyrətməkdən ibarət olub.
Tədbirdə şagirdlərə yanğının söndürülməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi, əleyhqazlardan istifadə qaydaları haqqında geniş məlumat verildi.
Tədbirdə şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını da nümayiş etdirdilər