IV siniflərdə monitorinq keçirildi

Fəaliyət planına uyğun olaraq IV siniflərdə monitorinq təşkil olundu. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparıldı. Aparılan monitorinq məktəb rəhbərliyinin nəzarəti altında keçirildi.
Şagird nailiyyətinin yaxşılaşdırılması IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.