İlk dərslər Xocalı soyqırımına həsr olundu

Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında biliklərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımının 31-ci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən fevralın 24-də ilk dərslər Xocalı soyqırımına həsr olundu.
Xocalı faciəsi haqqında şagirdlərə geniş və ətraflı məlumat verildi.Dərs zamanı müəllimlər Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açdılar. Eyni zamanda faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından bəhs edilərək, soyqırımı törədənlərin vəhşi və qeyri-insani hərəkətləri pislənildi. Bildirildi ki,Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir.
Bu gün Xocalı faciəsindən 31 il keçir. 31 il bu ağrılı-acılı günü yaşadıq. Xocalı bizim qan yaddaşımızdır.Bu tarix nəsildən-nəslə ötürüləcək və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.