Xocalı harayı dəyirmi masa

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı A. Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə
“ Xocalı harayı” adlı dəyirmi masa təşkil olundu. Müxtəlif videoçarxlar nümayiş olundu. Xocalı haqqında məlumatlar şagirdlərə çatdırıldı.