Monitorinq keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq VIII siniflərdə riyaziyyat fənnindən məktəbdaxili monitorinq təşkil edildi. Monitorinq məktəbin direktoru, direktor müavinlərinin iştirakı ilə keçirildi.
Monitorinqin keçirilməsinin əsas məqsədi şagirdlərin bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.