Xocalını unutmarıq

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!Məktəbin UBTR T. Məhərrəmovanın təşkilatçılığı ilə “Xocalını unutmarıq “ adlı rəsm sərgisi və foto stend təşkil olundu. Şagirdlər sərgiyə baxış keçirdilər. Xocalı dəhşətlərini bir daha rəsmlərdə gördülər.