Ən yaxşı təqdimat

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqənin məktəb mərhələsi keçirildi. Müsabiqə üçün 9-11 sinif şagirdləri arasında ən güclü namizədlər seçildi. Onların təqdimatı diqqətlə dinlənildi və müəllimlər tərəfindən lazımi əlavələr və göstərişlər verildi. Hər bir şagird öz çıxışına böyük məsuliyyətlə yanaşdığı üçün, maraqlı təqdimatlar səsləndi.